AZ

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb.

Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illər davam edən məhkəmə və yerli hakimiyyət orqanları ilə münaqişələrdən sonra qəsəbə tədricən məhv olur və onun unikal strukturları buxtanın digər ərazilərinə köçmək məcburiyyətində qalır.

Bu qeyri-adi qəsəbənin qalan sakinlərindən biri olan Edvard Stensil ev gəmisi haqqında fikirlərini bölüşüb. O, hekayələrində buranı "kiçik bir ada – Silikon Vadisinin ortasında heç bir təzyiq olmayan vahə" kimi təsvir edib.

Yeri gəlmişkən, 2023-cü ilin iyul ayına qədər bir vaxtlar 100 nəfərdən çox olan qəsəbədə cəmi 9 sakin qalıb.

Həmin üzən evin görüntülərini təqdim edirik:

Seçilən
119
14
Mənbələr
Şərh ()
Bağla