AZ

Cozep Borrell Devid Kameronla görüşüb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron ilə görüşüb.
Bu barədə Cozep Borrell rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bildirib.
Devid Kameronla Ukrayna və Yaxın Şərqlə bağlı fikir mübadiləsi apardıqlarını ifadə edən Cozep Borrell Rusiyaya qarşı mübarizə aparan Ukraynaya özünü müdafiə etmək üçün təcili olaraq ehtiyac duyduğu dəstəyin verilməli olduğunu və yardım səylərinin artırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, ABŞ, Almaniya, Fransa, İngiltərə, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri İtaliyanın ev sahibliyində beynəlxalq gündəmdəki məsələləri müzakirə etmək üçün bir araya gəldi.



Seçilən
139
1
Mənbələr
Şərh ()
Bağla