AZ

Başlıbel kənd sakini: “Mən öz dayımı belə, kənddən çıxara bilmədim” - FOTO

Bu gün Başlıbel faciəsinin ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür.

Başlıbel kənd sakini Əməkdar müəllim Hüseyn Şahbəndəyev hadisə ilə bağlı Oxu.Az-a danışıb.

O bildirib ki, Kəlbəcər rayonunun ən iri yaşayış məntəqələrindən olan Başlıbel həm də rayonun ən abad və hərtərəfli inkişafa malik olan kəndlərindən biri olub.

“Heç kəs Kəlbəcərin ermənilər tərəfindən işğal olunmasına inanmaq istəmirdi. Hamı elə düşünürdü ki, bu da erməni təxribatının bir formasıdır və yəqin ki, ötüb gedəcək. Buna görə də, Başlıbel kəndini tərk etmək istəmirdilər. Lakin aprelin 1-i axşam saatlarında rayon mərkəzində yaşayan başlıbellilər xəbər gətirdilər ki, siz mühasirədə qaldınız və çıxa bilməyəcəksiniz. Buna görə də, pərakəndə halda camaat kəndi tərk etdi. İlk olaraq tunel yolu ilə qadınlardan və uşaqlardan ibarət dəstəni yola salmaq qərarı alındı. Ancaq 18 kilometr getdikdən sonra kəndlərin yandığını görən kənd sakinləri geriyə qayıtdılar və camaat qarlı, keçilməz dar cığırları ilə Kəlbəcərə doğru yön almalı oldu”, - deyə Əməkdar müəllim bildirib. Onun sözlərinə görə, həmin vaxt kəndi hamı tərk etmədi.

Hüseyn Şahbəndəyev qeyd edib ki, başlıbellilər heç vaxt susmayıblar faciənin ilk günlərindən erməni vəhşiliklərini həm respublika daxilində həm də respublikadan kənarda diqqətə çatdırmaq istəyib.

“Bu barədə müxtəlif təşəbbüslər göstərmişik. Aprelin 4-də məcburi köçkün kimi mən və ailə üzvlərim İsmayıllı rayonuna getdik. Orada yaşamalı olduq. Orada şair Musa Yaqubla görüşdüm. Faciə haqqında ona məlumat verdim. Kəlbəcərin işğalı ilə barışmazlıq ifadə edən yazımı redaksiyaya təqdim etdim. Musa müəllim yazını oxudu və müəyyən redaktələr etdi. “Kəlbəcəri verməmək olardı” adlı yazım mayın əvvəllərində “Cavanşir Yurdu” qəzetində çap olundu. Bundan sonra müxtəlif ziyalılarımız - müəllimlər, alimlər və jurnalistlər - Başlıbel faciəsi haqqında müxtəlif illərdə yazılar dərc etdirdilər. 2016-cı ildə bizim ilk qələbə soraqlı əməliyyatlarımızdan (Aprel döyüşləri) sonra hadisə yenidən gündəmə gəldi. Jurnalistlər bu mövzunu yenidən işlədilər. Faciə haqqında bütün bu sadaladığım və qeyd etdiyim məlumatlar kütləviləşdi, ölkə səviyyəsində yayıldı.  

Cənab Prezident İlham Əliyev BMT-nin tribunasından erməni vəhşiliklərinin ümumi təsvirini verəndə Başlıbel qətliamının da adını çəkdi. Dövlət başçısı Başlıbeldə günahsız əliyalın insanların təpədən dırnağadək silahlanmış ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən danışdı.

Cənab Prezident onların yalnız öz qəhrəmanlıqları və Allahın mərhəməti sayəsində xilas olduqları barədə məlumatı dünyaya yaydı”, - deyə o əlavə edib.

Əməkdar müəllim bildirib ki, Qərb dövlətləri ermənilərin törətdiyi digər vəhşiliklərə susduqları kimi Başlıbel faciəsinə də səssiz qalıblar.

“Bu qətliama görə Ermənistan cəzalanmayıb. Hətta heç bunu qınamayıblar da! Ümid edirik ki, Başlıbel faciəsi beynəlxalaq müstəvidə hüquqi qiymətini alacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24466
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13833
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12311
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9171
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6492
Rəisi öldü, Pakistanda matəm elan edildi
6111
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5828
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5627
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
4306
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4084
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4050
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3871
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3657
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3532
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3195
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2831
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797