AZ

“Quduzluğa qarşı dərman tərkibli aldadıcı yemlər qoyulur”

"Hazırda Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərində iribuynuzlu heyvanların identifikasiyası həyata keçirilir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Milli Məclisdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, bu proqram Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı ilə birgə həyata keçirilir: "Bundan başqa, qida təhlükəsizliyi ilə bağlı Azərbaycanda satılan pestisid və digər aqro dərmanlara nəzarət üçün AQTA ilə birgə işçi qruplar yaradılıb. Bu istiqamətdə Nazirlik Agentliklə birgə yoxlamalar aparır. Həmçinin nazirlik agentliklə birgə vəhşi heyvanlar arasında quduzluğun yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirir. Bunun üçün tərkibində dərman olan aldadıcı yemlər qoyulur". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla