AZ

Əməkdaşlıq haqqında Memorandum imzalandı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanın Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

“Qafqazinfo”nun məlumatına görə, imzalanma mərasimində spiker Sahibə Qafarova deyib ki, bu sənəd parlamentlər arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir və əməkdaşlığın çərçivəsini müəyyən edəcək.

Qeyd edək ki, Memorandumda bir sıra vacib məqamlar əks olunub. Sənəddə Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə olunub. Bu məqsədlə qanunvericilik orqanlarımızın komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərilməsi, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulub.

Sənəddə tərəflər arasında əməkdaşlığı inkişaf etdirmək üçün deputatlardan ibarət müvafiq qrupun yaradılması və bu qrupun fəaliyyətinin hər vasitə ilə təşviq edilməsi Memorandumda əksini tapıb. Bunlarla yanaşı, Azərbaycan Respublikası ilə Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylərin göstərilməsi nəzərdə tutulur. Tərəflər qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələrin yaradılmasına da razılıq veriblər.

Seçilən
91
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1341
Azərbaycanda bu məhsul bahalaşdı
1246
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1162
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1014
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1011
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1001
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
975
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
974
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
969
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
916
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
894
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
833
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
788
Helikopter qəzası ilə bağlı yeni xəbər
769
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
743
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
739
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Həlak olan şəxslər sabah dəfn olunacaq
707
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
680
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
662