AZ

Çexiya və Azərbaycan kiçik SES-lərin tikintisində əməkdaşlıq edə bilər - Nazir

Çexiya və Azərbaycan kiçik su elektrik stansiyalarının (SES) tikintisində əməkdaşlıq edə bilər.

Bu barədə Trend-ə Çexiyanın Sənaye və Ticarət Nazirliyindəki mənbədən bildiriblər.

"Çex Respublikası və Azərbaycan arasında əməkdaşlığa fokuslanmaq üçün bir sıra mühüm tədbir və mexanizmlər öyrənilir. Energetika sahəsində Çexiya-Azərbaycan sazişinin imzalanması gələcək əməkdaşlığın əsasını qoyub. Birgə işçi qrupun mart ayında keçirilən ilk iclası bu əməkdaşlığın gələcək inkişafı üçün uyğun platforma olacaq.

Birgə seminarlar, konfrans və forumlar enerji sektorunda biznes strukturları arasında əlaqələrin qurulmasına imkan yaratmaqla, təlim və inkişaf proqramları üçün imkanlar yaradır", - deyə nazirlikdən qeyd edilib.

Mənbənin sözlərinə görə, Çexiya bərpa olunan enerji, o cümlədən, bioenergetika və tullantıların utilizasiyası sahəsində öz təcrübə və texnologiyalarını bölüşməyə hazırdır.

"Əməkdaşlıq kiçik SES-lərin inşasını və Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən (BEM) istifadə üzrə Dövlət Proqramına dəstəyi özündə əks etdirir. Hidrogen və ekoloji cəhətdən təmiz ammonyak istehsalı və istifadəsi sahəsində perspektiv əməkdaşlıq, eləcə də, hidrogen strategiyalarının hazırlanmasında təcrübə mübadiləsi əməkdaşlığımız üçün əlavə imkanlar yaradır. Bu ilin iyun ayında Bakı Enerji Həftəsində bizə bununla bağlı yardım edə biləcək əsas tədbirləri müzakirə etmək imkanımız olacaq", - deyə o qeyd edib.

Mənbə qeyd edib ki, Çexiya və Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq müsbət inkişaf edir və hər iki tərəf BEM və aşağı karbonlu texnologiyalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə fokuslanıblar.

"Onların enerji daşıyıcılarının tədarüklərinin şaxələndirilməsində və enerji sektorunda yeni layihələrin hazırlanmasında ümumi marağı enerji təhlükəsizliyi və dayanıqlı inkişaf üçün bu ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayır. Çex Respublikasının Azərbaycandan neft və qaz idxalını dəstəkləməsi tədarük marşrutları və mənbələrinin şaxələndirilməsi üzrə strateji səyləri əks etdirir. Bundan başqa, hər iki tərəf innovasiya və texnoloji tərəqqidə, o cümlədən, hidrogen və ekoloji cəhətdən təmiz ammonyak kimi sahələrdə əməkdaşlıqda maraqlıdır", - deyə mənbə bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış gücü 1688 meqavatt və ya ölkənin enerji sisteminin ümumi gücünün 20,3 faizini təşkil edir.

Azərbaycan, o cümlədən, günəş enerjisi (230 meqavatt gücündə Qaradağ AES) və su elektrik enerjisi olmaqla, 363 meqavatt əlavə edərək BEM sahəsində fəaliyyətini gücləndirib. Ölkə 2027-ci ilə qədər enerji balansında BEM-in payının 30 faizə çatmasına olmaq məqsədinə doğru irəliləyir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) son hesabatı dünya enerji balansında BEM-in payının 3870 qiqavatt artdığını göstərir ki, bunun da 1454 qiqavattı Çinin payına düşür.

2023-cü ildə Azərbaycan BEM hesabına 2,116 milyard kilovatt-saat (elektrik enerjisi istehsalının ümumi həcminin təqribən 10 faizi) elektrik enerjisi istehsal edib

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19891
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19092
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17480
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16143
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15952
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15912
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15216
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11724
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11206
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7898
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7718
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7588
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7327
Minimum əmək haqqı nə qədər arta bilər?
7003
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6099
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696