AZ

Çexiya və Azərbaycan kiçik SES-lərin tikintisində əməkdaşlıq edə bilər - Nazir (ÖZƏL)

Bakı. Trend:

Çexiya və Azərbaycan kiçik su elektrik stansiyalarının (SES)tikintisində əməkdaşlıq edə bilər.

Bu barədə Trend-ə Çexiyanın Sənaye və Ticarət Nazirliyindəkimənbədən bildiriblər.

"Çex Respublikası və Azərbaycan arasında əməkdaşlığa fokuslanmaqüçün bir sıra mühüm tədbir və mexanizmlər öyrənilir. Energetikasahəsində Çexiya-Azərbaycan sazişinin imzalanması gələcəkəməkdaşlığın əsasını qoyub. Birgə işçi qrupun mart ayında keçirilənilk iclası bu əməkdaşlığın gələcək inkişafı üçün uyğun platformaolacaq.

Birgə seminarlar, konfrans və forumlar enerji sektorunda biznesstrukturları arasında əlaqələrin qurulmasına imkan yaratmaqla,təlim və inkişaf proqramları üçün imkanlar yaradır", - deyənazirlikdən qeyd edilib.

Mənbənin sözlərinə görə, Çexiya bərpa olunan enerji, o cümlədən,bioenergetika və tullantıların utilizasiyası sahəsində öz təcrübəvə texnologiyalarını bölüşməyə hazırdır.

"Əməkdaşlıq kiçik SES-lərin inşasını və AzərbaycanRespublikasında alternativ və bərpa olunan enerji mənbələrindən(BEM) istifadə üzrə Dövlət Proqramına dəstəyi özündə əks etdirir.Hidrogen və ekoloji cəhətdən təmiz ammonyak istehsalı və istifadəsisahəsində perspektiv əməkdaşlıq, eləcə də, hidrogenstrategiyalarının hazırlanmasında təcrübə mübadiləsi əməkdaşlığımızüçün əlavə imkanlar yaradır. Bu ilin iyun ayında Bakı EnerjiHəftəsində bizə bununla bağlı yardım edə biləcək əsas tədbirlərimüzakirə etmək imkanımız olacaq", - deyə o qeyd edib.

Mənbə qeyd edib ki, Çexiya və Azərbaycan arasında enerjisektorunda əməkdaşlıq müsbət inkişaf edir və hər iki tərəf BEM vəaşağı karbonlu texnologiyalar sahəsində əməkdaşlığınmöhkəmləndirilməsinə fokuslanıblar.

"Onların enerji daşıyıcılarının tədarüklərininşaxələndirilməsində və enerji sektorunda yeni layihələrinhazırlanmasında ümumi marağı enerji təhlükəsizliyi və dayanıqlıinkişaf üçün bu ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayır.Çex Respublikasının Azərbaycandan neft və qaz idxalını dəstəkləməsitədarük marşrutları və mənbələrinin şaxələndirilməsi üzrə stratejisəyləri əks etdirir. Bundan başqa, hər iki tərəf innovasiya vətexnoloji tərəqqidə, o cümlədən, hidrogen və ekoloji cəhətdən təmizammonyak kimi sahələrdə əməkdaşlıqda maraqlıdır", - deyə mənbəbildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda bərpa olunan enerjimənbələrinin ümumi quraşdırılmış gücü 1688 meqavatt və ya ölkəninenerji sisteminin ümumi gücünün 20,3 faizini təşkil edir.

Azərbaycan, o cümlədən, günəş enerjisi (230 meqavatt gücündəQaradağ AES) və su elektrik enerjisi olmaqla, 363 meqavatt əlavəedərək BEM sahəsində fəaliyyətini gücləndirib. Ölkə 2027-ci iləqədər enerji balansında BEM-in payının 30 faizə çatmasına olmaqməqsədinə doğru irəliləyir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) son hesabatıdünya enerji balansında BEM-in payının 3870 qiqavatt artdığınıgöstərir ki, bunun da 1454 qiqavattı Çinin payına düşür.

2023-cü ildə Azərbaycan BEM hesabına 2,116 milyard kilovatt-saat(elektrik enerjisi istehsalının ümumi həcminin təqribən 10 faizi)elektrik enerjisi istehsal edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
58
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1097
Bu yol qovşağında təmir işləri aparılacaq
734
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
445
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
423
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
363
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
347
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
343
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
334
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
262
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
214
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
206
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
119
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
119