AZ

Azərbaycan çempionatında dalaşan futbolçulara cəza

15 yaşadək futbolçular arasında Azərbaycan çempionatında xoşagəlməz hadisə baş verib.

İdman.biz xəbər verir ki, bu, AFFA U-15 Liqasının “Turan Tovuz” – “Neftçi” matçında yaşanıb.

Görüşün 53-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Uğur Məmmədov və qonaqların oyunçusu Ramin Abıyev təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıblar. AFFA-nın İntizam Komitəsi hər iki futbolçunu 4 oyunluq cəzalandırıb.

Qeyd edək ki, Tovuzdakı görüşdə qonaq komanda 5:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
2
Mənbələr
Şərh ()
Bağla