AZ

Avropa çempionatı üçün yığmamızın HEYƏTİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Sabah Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, 35 ölkənin təmsil olunacağı yarışda Azərbaycan şahmatçıları da mübarizə aparacaq.

Qitə çempionatında Azərbaycanı Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı təmsil edəcək.

10 turdan ibarət Avropa çempionatına aprelin 29-da yekun vurulacaq.

Qeyd edək ki, 2022-ci ildə Günay Məmmədzadə Avropa çempionatında gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medala layiq görülüb.

İdman.biz

Seçilən
55
9
Mənbələr
Şərh ()
Bağla