AZ

Qazaxıstanda daşqınlar: ölənlər var

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan KİV ölkənin daxili işlər nazirinin birinci müavini Marat Kojayevə istinadən məlumat yayıb.
Məlumata görə, Atırau vilayətində dörd nəfər, Türküstan vilayətində isə bir uşaq batıb.
Bundan başqa, aprelin əvvəlində Ayaqoz rayonunda iki nəfər çayın apardığı traktorda boğularaq ölüb.
Qeyd edək ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb. Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 46 mindən çox insan, 4 mindən çox texnika və 16 təyyarə cəlb olunub.

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla