AZ

Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Qarabağdakı Rusiya Sülhməramlı kontingetinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı münasibətləri yeni dövrə qədəm qoyur”.Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Moskva mübirinə müsahibəsində rusiyalı siyasi ekspert Aleksey Naumov bildirib.Onun sözlərinə görə, Rusiya sülhməramlılaırnın Qarabağdan çıxarılması ilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açılır.“Bu, bir vaxtlar Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin guya Moskva ilə Bakı arasında razılaşma əsasında olmadığını, işğal olduğunu, Rusiyanın Azərbaycanın inkişafına maneə olmaq üçün bu addımı güclə atdığına dair deyilənlərin boş söhbətlər olduğunu göstərdi. Biz gördük ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğu istisnasız olaraq Moskva ilə Bakı arasında olan razılaşmadan asılıdır. İki müttəfiq ölkənin rəhbərliyi nəticəyə gəldirlər ki, sülhməramlıların Qarabağda qalmasının mənası yoxdur. Hətta, heç kəs 2025-ci ili gözləmədi. Hesab edirəm ki, bu, harmoniyalı, qarşılıqlı sərfəli və məntiqlə dolu olan Moskva ilə Bakı arasındakı münasibətlərə Rusiya sülhməramlı kontingentinin lazım olmadığını göstərir. Mən bütün azərbaycanlı dostlarımı bu əlamətdar tarix münasibəti ilə təbrik edirəm. Bu, Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir. Qarabağ məsələsi artıq birdəfəlik qeyd-şərtsiz bağlandı. Düşünürəm ki, biz sizinlə Rusiya-Azərbaycan münasibətlərinin tam harmoniyalı inkişafı yolunda son maneənin necə götürüldüyünü görürük. Daha Rusiya-Azərbaycan münasibətlərində ağrılı nöqtələr, ağrılı məsələlər yoxdur. İndi bu münasibətlər Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsi ruhunda inkişaf edə və Rusiya və Azərbaycan xalqlarının xeyrinə işləyə bilər”, Naumov qeyd edib.

Seçilən
68
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
132
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
131
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
116
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
113
Azərbaycanda bu məhsul bahalaşdı
111
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
107
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
94
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
91
Həlak olan şəxslər sabah dəfn olunacaq
88
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
86
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
83
Helikopter qəzası ilə bağlı yeni xəbər
76
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
76
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
66
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
64
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
63
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
60
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
57
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
56
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
49