AZ

Minimum əməkhaqqı və ünvanlı sosial müavinətlərlə bağlı ŞAD XƏBƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu il il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürülüb.

KONKRET.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb. Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılıb.

2023-cü ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat olub. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşib.

Bəs yaşayış minimumunun yenidən artırılması sosial müavinətlərə və təqaüdlərə necə təsir göstərəcək?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yaşayış minmumu illik olaraq müəyyənləşdirilir və 2024-cü il üçün artıq müəyyənləşdirilib:

“2024-cü il üçün 270 manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, il ərzində 270 manatlıq yaşayış minimumundan istifadə olunacaq. Bu da təbii ki, ünvanlı sosial yardım alan vətəndaşların aldığı yardım məbləğlərində artımlarla müşahidə olunub. İlkin hesablamalar göstərir ki, bu ildən başlayaraq ünvanlı sosial yardım alan vətəndaşların aldığı yardım məbləğində 11 faizə yaxın artım müşahidə olunub. Yaşayış minimumunun artması nəticəsində praktik olaraq ünvanlı sosial yardım məbləğində artımlar olur”.

Deputat qeyd edib ki, ünvanlı sosial yardım məbləğində artımlar əvvəlki dövrlərdə də müşahidə olunub. Onun sözlərinə görə, bu birbaşa həm yaşayış minimumunun, həm də ehtiyac meyyarının artırılması ilə bağlıdır: “Ehtiyac meyyarının artırılması da nəticədə ünvanlı sosial yardım alan vətəndaşların gəlirlərini artırır. 2024-cü ilin yanvarın 1-nə əsasən ünvanlı sosial yardım alan vətəndaşların hər birinə düşən orta məbləğ 114 manat olub. Bütövlükdə 272 min vətəndaşımız ünvanlı sosial yardımdan istifadə edirlər”.

Vüqar Bayramov əlavə edib ki, 2024-cü ildə bu məbləğin daha da artırılacağı gözlənilir. Çünki ehtiyac meyyarı və yaşayış minimumu artıb. Buna görə də ehtiyac meyyarı və yaşayış minimumunun artması nəticə etibarilə ünvanlı sosial yardım alan vətəndaşların dövlət büdcəsindən daha çox yardım almasına gətirib çıxarır.

İqtisadçı Natiq Cəfərli redaksiyamıza bildirdi ki, Azərbaycanda yaşayış minimumunu və ehtiyac meyyarının birləşdirmək istəyirdlər:

“Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyyarının məbləği artdıqca minimum əməkhaqqına və sosial müavinətlərə də təsir etməlidir. Əslində qanunlarda birbaşa belə bir təsir mexanizmi yoxdur. Qanunlarda məsəl üçün, təqaüdün artımı ilə bağlı indeksləşmə əvvəllər inflyasiya səviyyəsinə görə idi. Bir neçə il bundan əvvəl inflyasiya səviyyəsinə görə indeksləşmə modelini dəyişdilər”.

İqtisadçı əlavə edib ki, son illər orta aylıq əməkhaqqının artım tempinə görə, indeksləşmə gedir. Bu il də təqaüdlərin indeksləşməsi orta aylıq əməkhaqqının artım tempinə görə oldu. Amma istər-istəməz beynəlxalq praktika da bunu göstərir ki, yaşayış minimumu və ehtiyac meyyarının artımı sosial müavinətlərin təyin olunmasında mütləq nəzərə alınmalıdır. (Referans.az)

Seçilən
101
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
554
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
479
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
437
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
405
Azərbaycanda bu məhsul bahalaşdı
399
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
353
Helikopter qəzası ilə bağlı yeni xəbər
326
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
315
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
313
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
309
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
300
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
299
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
297
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
266
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
255
Həlak olan şəxslər sabah dəfn olunacaq
244
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
239
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
203
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
200
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
165