AZ

Oyun zallarının fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi öhdəlikləri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Fiziki şəxs bilyard, playstation, internet klub və s. kimi oyun zalları sahəsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı planlaşdırır. Bilmək istərdik: bu sahələrdə fəaliyyət göstərən fiziki şəxsin hansı öhdəlikləri var?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, sorğuda qeyd edilən fəaliyyət ilə məşğul olmaq üçün, ilk növbədə, vergi orqanında uçota durmaqla VÖEN əldə etməli, daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna alınması üçün icarə müqaviləsi əlavə olunmaqla “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə”ni obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına təqdim etməlisiniz.

Fiziki şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılıqda müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Vergi orqanlarında uçot prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı rəsmi internet səhifəmizin “Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri”, “Vergi bələdçisi” bölmələrindən və ya Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməklə əldə edə bilərsiniz.

 

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
445
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
395
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
323
Azərbaycanda bu məhsul bahalaşdı
297
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
283
Helikopter qəzası ilə bağlı yeni xəbər
266
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
262
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
262
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
261
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
235
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
232
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
226
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
217
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
194
Həlak olan şəxslər sabah dəfn olunacaq
192
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
187
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
168
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
166
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
158
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
138