- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Google” şirkətinin İsrail hökuməti ilə biznes əlaqələrinə son qoyması tələbi ilə ötən gün oturaq etiraz aksiyası keçirən 28 əməkdaşı işdən çıxarılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada əməkdaşların “şirkət siyasətlərini pozduqlarına görə” maddəsi ilə işdən çıxarıldığı qeyd edilib.
Etirazçılar bir neçə “Google” ofisi qarşısında nümayiş, Nyu-York və Kaliforniyada isə 10 saatlıq oturaq aksiya keçiriblər. Aksiyalar zamanı 9 nəfər həbs edilib.
Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.