AZ

"Azərbaycan nümayəndə heyətini AŞPA-ya qaytarmaq lazımdır" - Moldovalı deputat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Moldova nümayəndə heyəti olaraq, bu olaydan təəssüf edirik. Bizim nümayəndə heyəti AŞ PA rəhbərliyinə məktub göndərib. Biz orada qeyd etmişik ki, Azərbaycanla dialoq davam etdirilməlidir”.

Bakupost.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Moldova Parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Jhon Qroza deyib.

Onun sözlərinə görə, üzv ölkədə insan haqları problemləri varsa, onu dialoqla həll etmək lazımdır:


”Kənarlaşdırmaqla nəticə əldə etmək mümkünsüzdür. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin qayıtmasına şərait yaradılmalıdır. Nümayəndə heyəti qayıtsa, bütün məsələləri danışıqlarla həll etmək olar. Moldova nümayəndə heyətinin mövqeyi belədir”.
Seçilən
37
2
Mənbələr
Şərh ()
Bağla