AZ

ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan Respublikasının Prezidenti” adlı elmi-praktiki konfrans və “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı keçirilib.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən nəşr edilən və Əfqan Vəliyevin müəllifi olduğu hər iki kitab Qərbi Azərbaycanın maddi-mədəni irsinə həsr olunub.

XIX əsrin əvvəllərində regionda siyasi maraqları olan böyük dövlətlərin dəstəyi ilə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay müqaviləsi (1805), Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan (1813), Türkmənçay müqaviləsi (1828), daha sonra isə Türkiyə və İran arasında bağlanan Ədirnə (1829) sülh müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi siyasəti həyata keçirilib. Bölgənin erməniləşdirilməsi siyasətini həyata keçirmək məqsədilə İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan ərazisi olan keçmiş İrəvan xanlığı ərazisində yaradılıb. Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan Azərbaycandan ayrı salınıb.

Bütün bunlarla yanaşı, 1905-1907, 1918-1920, 1948-1953, 1959-1979, 1987-1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədi ilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi siyasəti həyata keçirilib. 1988-1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40 928 ailə) 300 000-dən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb. 1987-1991-ci illərdəki deportasiya zamanı azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. 1918-ci ildən başlayaraq 223 qəbiristanlıq, 300-dən çox məscid və alban məbədi, minlərlə maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, bütün toponimlər erməniləşdirilib.

Vətən müharibəsində tarixi qələbə xalqımızın müqəddəratı üçün tarixi inkişafın yeni mərhələsi zəminində yeni üfüqlər açdı. Qazanılan qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa təsirli təkan verdi. Bununla yanaşı, qələbə nəticəsində müqəddəratı kənarda saxlanmadan Qərbi Azərbaycan kimi tarixi məsələnin tədqiq və təbliğ edilməsi, həmçinin də əhalinin tarixi torpaqlara sülh yolu ilə qayıdış ideologiyasının hədəf və strategiyaya çevrilməsi istiqamətində tarixi zərurət yarandı.

Ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərindən olan Qərbi Azərbaycana sülhlə qayıdışa yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi Əfqan Vəliyevin müəllifliyində institusional bir əsər olan 244 abidənin yer aldığı “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının I cildini 4 iyul 2022-ci ildə keçirdiyi tədbirlə Azərbaycan ictimaiyyətinə təqdim etdi. Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdəki fəaliyyətini davam etdirərək “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” elmi-tədqiqat əsərinin davamı, II cildi olan 144 maddi-mədəni abidədən ibarət “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı əsəri ərsəyə gətirdi. Bununla Sosial Tədqiqatlar Mərkəzi qısa müddət ərzində ölkə rəhbərinin çağırışına əməl etməyə çalışaraq I və II cilddə Qərbi Azərbaycana məxsus haqqında bu günə qədər az məlumat olan və heç tədqiq olunmayan 388 abidəni tədqiq edib dövlətə təqdim etmə imkanına müvəffəq olub.

“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib.

Tədqiqatda bu günə qədər çox az bilinən 144 tarixi abidə haqqında məlumatı ehtiva edən kitabda müxtəlif qrafalarda verilən informasiya xarakterli materiallar konkret və lakonik şəkildə çatdırılır. Burada abidələrin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat – abidənin təsviri, ölçüləri və tarixi haqqında faktlar öz əksini tapır. Kitabın dəyərini artıran məsələlərdən biri də istifadə edilmiş zəngin ədəbiyyat siyahısıdır. Hər fakt tutarlı istinadlara əsaslanaraq kitabın elmi sanbalını artırır. Abidələr haqqında tarixi və elmi araşdırmaların hələ yetərincə olmadığını nəzərə alsaq, kitab gələcək tədqiqatlara cəlb edilməsi vacib olan məsələlərə yol açmaq kimi təşəbbüs ortaya qoyur.

“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində Qərbi Azərbaycandakı maddi mədəniyyət abidələrimizin böyük bir hissəsi haqqında məlumat əldə etmək imkanı yaradır. Kitabda 144 abidə tədqiq edilərək müvafiq xüsusiyyətlərinə görə təsnifləşdirilib. Burada öz əksini tapan maddi-mədəni abidənin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim/sonrakı toponim), təsnifatı, növü-təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür. Olduqca mühüm tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən tədqiqatın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü - cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan yaradır və məsələnin nə qədər mühüm əhəmiyyətə malik olduğunu daha əyani şəkildə ictimaiyyətə çatdırır.

Tədbirdə ilk olaraq çıxış edən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Mahirə Akifqızı bunları deyib:

“Mən əminəm ki, yazılan hər bir kitab dəyərlidir. Ermənilər olmayan tarixlərini bizə sırıyıblar. Amma bu gün fərqli vəziyyətdir. Gözümüzün qabağında Qarabağ zəfərimiz var. Bütün bunlar da Ali Baş Komandan, cənab İlham Əliyevin zəfəridir. Prezidentimiz ziyalılarla görüşündə demişdi ki, biz mütləq o torpaqlara qayıdacağıq. Bizim belə tədbirlər olub və bundan sonra da olacaq”.

Daha sonra videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc çox vacib məqamlara toxunub:”Qərbi Azərbaycana qayıdış Zəngəzur dəhlizinin açılmasından asılıdır. Qarabağdan Zəngəzura çəkilən yollar Böyük Qayıdışa xidmət edir.

Azərbaycan Pedaqoji Universitetində-100 yaşlı, böyük təhsil və elm ənənələrinə malik olan, bizi aydınlaşdıran müəllimlərimizi və ziyalılarımızı hazırlayan düşüncə məbədində hər birinizi salamlamağı özümüzə borc bilirik. Təddiqat institutları ilə təhsil ocaqlarının vəhdəti Vətən müharibəsində parlq Qələbəmizdən sonra dövlətimzin qarşıya qoyduğu mühüm vəzifələrdən biridir. Ona görə də Sosial Tədqiqatlar Mərkəzinin “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində dəyərli alim Əfqan Vəliyevin “Qərbi Azərbaycanda maddi-mədəni irsimiz” kitablarının Universitetdə müzakirəsi mühüm elmi və ictimai hadisədir. Ötən il təqdimatı olan əsərlərin başlıca qayəsi qərbi azərbaycanlıların yüz illərlə yaratdıqları abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların ruhi və fiziki kimliyini elmin hard diskinə çevirərək gələcək və gənc nəslə çatdırmaqdır.
İki cildlik kitabda və Əfqan Vəliyevin davam etdirdiyi araşdırmalarda Qərbi Azərbaycana məxsus haqqında bu günə qədər az məlumat olan və heç tədqiq olunmayan 388 abidə ictimaiyyətə təqdim olunub.
"Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" kitabının II cildində Tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib.

Kitabda 22 məbəd, 20 qala, 18 qayaüstü təsvirlər/qədim yaşayış məskənləri, 11 Pir/ocaq/ziyarətgah, 11 qəbirüstü abidə, 10 türbə, 9 daşüstü kitabə, 8 məcid, 6 karvansara, 6 körpü, 5 arxeoloji abidə, 4 qəbirüstü heykəl, 4 dini məktəb, 3 günbəz, 3 etnoqrafik arxeoloji abidə, 3 mədrəsə, 1 məhəllə haqqında məlumat verilib.

Bir daha təkrarlayaq-Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı ötən 2023-cü ildə-Ulu öndərin 100 illik yubileyində geniş ictimaiyyətə təqdim olunması Heydər Əliyevin bənzərsiz tərcümeyi-halı, keçdiyi şərəfli yol, Sovetlər Birliyinin siyasi olimpinə yüksəlişi və enişi nəinki qərbi, bütün azərbaycanlıların son bir əsrlik taleyi ilə eynidir. Çünki “Böyük Qayıdış” Ulu öndərin ikinci dəfə hakimiyyətə dönüşündən başlayır və Qələbəmizin birinci müəllifi də məhz Odur. Zəfər olmasaydı, yeni ideoloji hədəflər meydana gəlməzdi.

Gəlin unutmayaq ki, tarixin saxtalaşdırılması ilə savaş aparan birinci şəxs-birinci xüsusi təyinatlı döyüşçü İlham Əliyev son 20 ildə nəinki Qarabağın, o cümlədən İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb. Buna görə ölkə rəhbəri ən yüksək ehtirama layiqdir, çünki Birinci şəxs torpaq itkilərinə haqq qazandırarsa, xalqı səfərbər edə bilməz və daha böyük təslimçiliyə hazırlamış olar. İlham Əliyev dünya siyasi tarixinə torpaqları qaytaran Zəfər Komandanı kimi düşdü. Paşinyanın bu yaxınlarda parlament dinləmələrində “tarix bizə təhlükədir”, fikri, yaxud Tavuş vilayətinə gedən Baş nazirin öz vətəndaşlarını 8 kəndin qaytarılmasına şəxsən özü tərəfindən çağırması sabiq erməni rəhbərlərindən fərqli olaraq, hazırki erməni liderinin 44 üstəgəl bir günlük savaşın nəticələrini düzgün qəbul etməsinin ən parlaq göstəricisidr.

Lakin onunla eyni bir məkanda digər bir qrup-keçmiş ermənilər də yaşayır. Onlar sanki 26 sentyabra qədərki eranın qalıqları-əsarətdə olan adamlarıdılar. Məsələn, erməni informasiya məkanında “biz də Bakıya minik maşınları ilə qayıdacağıq” tezisləri yayılır, vaxtilə Azərbaycanda yaşayan ermənilərin geri qayıtma haqqını irəli sürən qayıdış icması – “Ermənilərin Girdiman-Şirvan-Naxçıvana qayıdışı” təşkilatını təsis edib. Qurumun iddiasına görə, Girdiman çayı boyunca bütün ərazilər, habelə Şirvan və Naxçıvan da Ermənistan ərazisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24280
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13622
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11690
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8182
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5941
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5780
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5558
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4009
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3823
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3741
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3579
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3358
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3132
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2788
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2565