AZ

Kübra Əliyeva yıxılmağından danışdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Əməkdar artist Kübra Əliyeva bir neçə həftə əvvəl yıxılaraq ayağını əzdiyini və başından ağır zədə aldığını açıqlayıb.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, aktrisa bu haqda qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb:

“Mən həyatın hər sınağına hazıram. Əgər bu yaşımda bu sınaq idisə... Hamıya da deyirəm ki, küçəyə çıxanda və hardansa geri qayıdanda ehtiyatlı olun.

Yıxılanda bu dünyaya geri qayıtdığıma görə çox sevindim. Nə qədər huşsuz qalmışam bilmirəm. Gözümü açanda sarışın bir qızı gördüm. Ona sual verdim ki, kimsən? 

Sanki kimsə məni qaldırıb yerə çırpmışdı. Nələrin baş verdiyindən bixəbər idim. Bu, Allahdan gələn bir sınaqdır. Görünür, Allah mənim hansısa bir günahımı bağışladı. Yıxılsam da, sınığım və ya çıxıntım olmadı. Əzildim...

Hadisədən 25 gün keçdi. Yıxılanda gicgahım dəyib. Bir gün sonra gördüm ki, sanki gözümün içinə narı sıxıblar, qıpqırmızı idi. Həmin halda şəklimi çəkib həkimə göndərdim. Mənə dərman yazdı, onu qəbul etdim, 2-3 gündən sonra qızartı çəkildi”. 


Seçilən
72
6
Mənbələr
Şərh ()
Bağla