AZ

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Eşqi

Bakı, 18 aprel, AZƏRTAC

Mayın 18-də IV siniflər, mayın 19-da isə VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin18-də keçirilən mətbuat konfransında deyib. O bildirib ki, monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılmasıdır. IV siniflərdə keçiriləcək imtahanın müddəti 120 dəqiqədir. Tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. IV siniflərdə keçiriləcək imtahanın müddəti 150 dəqiqədir. Tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunacaq.

Hər cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir göstərmir.

Qeyd edək ki, bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə onlar monitorinqdə iştirak etməyə bilərlər.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Seçilən
18
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
504
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
411
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
349
Azərbaycanda bu məhsul bahalaşdı
342
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
320
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
301
Helikopter qəzası ilə bağlı yeni xəbər
287
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
287
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
273
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
272
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
260
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
250
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
249
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
218
Həlak olan şəxslər sabah dəfn olunacaq
211
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
208
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
195
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
176
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
168
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
145