AZ

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtinası Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib.
“Əgər biz delimitasiya və demarkasiyadan imtina etsək, bölgədə daha bir partlayış baş verəcək”, - deyə o bildirib. Baş nazir, həmçinin delimitasiya prosesinin də özündə risklər daşıdığını vurğulayıb.
Hazırda Ermənistan hakimiyyəti Tavuş vilayətində sərhədlərin delimitasiyası prosesinin mümkünlüyü barədə Azərbaycanla danışıqlar aparır. Bu, baş tutarsa, 1990-cı illərdən Ermənistanın işğalı altında olan dörd kənd Bakıya qaytarılmalıdır. Nəticədə Rusiyadan Ermənistana gedən qaz kəməri, eləcə də Ermənistan-Gürcüstan avtomobil yolunun magistralın bir hissəsi Azərbaycanın nəzarətinə keçəcək.

Seçilən
65
3
Mənbələr
Şərh ()
Bağla