AZ

Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadilələri aparılıb

DOST təcrübəsinin Moldovada da tətbiqi ilə bağlı aparılan işlərdən bəhs olunub.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyənin Sosial Müdafiə Qurumunun sədri Raci Kayanın görüşü olub.

Görüşdə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan münasibətlərin iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

Ölkələrimiz arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində də əlaqələrin daim inkişaf etməkdə olduğu diqqətə çatdırılıb. Hər iki ölkədə sosial müdafiə sahəsində aparılan islahatlar prosesi barədə məlumatlar verilib. Bu sahədə davamlı xarakter alan təcrübə mübadilələrinin xüsusi önəm kəsb etdiyi bildirilib.

Əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə də daim genişlənməkdə davam edəcəyinə əminlik ifadə olunub, bu istiqamətdə qarşılıqlı olaraq səylərin göstərildiyi qeyd edilib.

Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Korina Ajder və həmin ölkənin Milli Sosial Sığorta Kassasının Baş direktoru Yelena Tsıbırne ilə də görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərə dair Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs olunub.

Həmçinin DOST təcrübəsinin Moldovada da tətbiqi ilə bağlı aparılan hazırlıq işləri diqqətə çatdırılıb. Fəaliyyət Planına əsasən bu məqsədlə iki qurum arasında ardıcıl təcrübə mübadilələrinin həyata keçirildiyi vurğulanıb.

Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadilələri aparılıb.

Sosial şəbəkələrdə də bizi izləyin:

Türkiyə

Türkiyə

Seçilən
21
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1088
Bu yol qovşağında təmir işləri aparılacaq
724
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
420
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
358
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
338
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
330
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
324
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
252
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
206
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
202
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
115
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
111