AZ

Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTO

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyənin Sosial Müdafiə Qurumunun sədri Raci Kayanın görüşü olub. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan münasibətlərin iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

Ölkələrimiz arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində də əlaqələrin daim inkişaf etməkdə olduğu diqqətə çatdırılıb. Hər iki ölkədə sosial müdafiə sahəsində aparılan islahatlar prosesi barədə məlumatlar verilib. Bu sahədə davamlı xarakter alan təcrübə mübadilələrinin xüsusi önəm kəsb etdiyi bildirilib.

Əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə də daim genişlənməkdə davam edəcəyinə əminlik ifadə olunub, bu istiqamətdə qarşılıqlı olaraq səylərin göstərildiyi qeyd edilib.

Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Korina Ajder və həmin ölkənin Milli Sosial Sığorta Kassasının Baş direktoru Yelena Tsıbırne ilə də görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərə dair Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs olunub.

Həmçinin DOST təcrübəsinin Moldovada da tətbiqi ilə bağlı aparılan hazırlıq işləri diqqətə çatdırılıb. Fəaliyyət Planına əsasən bu məqsədlə iki qurum arasında ardıcıl təcrübə mübadilələrinin həyata keçirildiyi vurğulanıb.

Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadilələri aparılıb.

Seçilən
47
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1206
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
804
Sabah 5 kəndin qazı kəsiləcək
522
Bu yol qovşağında təmir işləri aparılacaq
507
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
427
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
340
Bakıda 9 otaqlı evdə yanğın baş verib
330
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
287
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
278
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
252
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
179
Çingiz Mustafayevin toyudur - FOTOLAR
178
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
165
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
148
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
126
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
79
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
76
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
71