AZ

®Sən də “Dəstək” ol!

“BMG International” şirkətinin 11 illiyi və “Dəstək” layihəsinin təqdimatı keçirilib.

“BMG lnternational” 2013-cü ildə Azərbaycanda dərin bilik və zəngin təcrübəyə malik, tanınmış iqtisadçı və maliyyəçi Orxan Məmmədzadə tərəfindən təsis edilib. Şirkəti üç əsas istiqamətdə fəaliyyət göstərir:

1. Biznes idarəetməsi: Strateji və maliyyə planlaşdırması, personal idarəetməsi, satış və marketinq daxildir;

2. Maliyyə məsləhətləri: Biznesi daxildən anlamağa və uzunmüddətli perspektivlərini proqnozlaşdırmağa kömək, innovativ və uyğunlaşdırılmış həllərin təklifi;

3. Peşəkar təlimlər: “Hazır Mühasib” təhsil platformasını yaradaraq maliyyə savadlılığını, bu sahədə peşəkarların inkişafını praktiki və aktual proqramlar vasitəsilə artırmaq məqsədi.

“Dəstək” layihəsi şirkətin 11 illiyi və layihənin rəsmi açılışı üçün təşkil olunan tədbirdə təqdim olunub. Layihənin məqsədi sahibkarların dəstəyi ilə qazi və şəhid ailələrinə təhsil, təcrübə və iş imkanları yaratmaqdır. Bu tədbir, həmçinin digər şirkətləri layihəyə cəlb etmək üçün bir platforma olaraq xidmət edib. Tədbir zamanı Orxan Məmmədzadə qonaqları bu layihəyə qatılmağa dəvət edib. Orxan bəy bir neçə qazi və şəhid ailəsinin üzvlərini ödənişsiz təhsillə təmin edib. “BMG International” bildirib ki, artıq tədbirə qatılan bir neçə şirkətlə bu layihə çərçivəsində əməkdaşlığa başlanılıb.

Şirkət bütün sahibkarları bu vacib işə qoşulmağa dəvət edir!

Layihəyə qoşulmaq üçün əlaqə: 0557887089 (vatsap)

www.bmgi.az

[email protected]

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
27
Mənbələr
Şərh ()
Bağla