AZ

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir”...Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.Xatırladaq ki, A.Səfərova aprelin 17-də səhər saatlarında ağır qəzaya düşüb. Hadisə zamanı daha bir nəfər xəsarət alıb, bir nəfər isə həyatını itirib.Poliqon.info

Seçilən
64
50
Mənbələr
Şərh ()
Bağla