AZ

Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər  - VƏZİYYƏTİ AĞIRDIR

Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər.
 
Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində qeydə alınıb.
 
Belə ki, 2013-cü il təvəllüdlü Ə.M (ad, soyad şərtidir) bu gün axşam saatlarında oynayarkən itlər ona hücum edib. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, azyaşlı saat 19:30 radələrində təcili tibbi yardım vasitəsilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və kəllə-beyin travması alıb:
 
“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub”. (Oxu.Az)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
258
11
moderator.az

10Mənbələr