AZ

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.


Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı müraciətində paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkarları və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.

Bununla da hər kəs paytaxt Bakının daha da gözəlləşməsinə öz töhfəsini vermiş olacaq

Seçilən
200
5
Mənbələr
Şərh ()
Bağla