AZ

Səhnəmizin ilk peşəkar qadın opera müğənnisinin doğum günüdür

Bu gün Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi (lirik koloratur soprano), opera artisti Şövkət Məmmədovanın anadan doğum günüdür. Onun adı musiqi mədəniyyəti tariximizə qızıl hərflərlə yazılıb.

BAKU.WS xəbər verir ki, Şövkət Məmmədova 1897-ci il aprelin 18-də Tiflis şəhərində kasıb pinəçi ailəsində anadan olub.

Atası altı yaşında onun musiqiyə olan marağını görür. Bu səbəbdən atası 1910-cu ildə milyonçu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyilə onu Bakıya göndərir. Nənəsi ilə Bakıya gələn Şövkət 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərindəki musiqi məktəbinə daxil olur.

Tağıyev hər ay ona xüsusi təqaüd göndərir. Lakin bir il sonra təhsili üçün göndərilən vəsait kəsildiyi üçün o, təhsilini Tiflis musiqi məktəbində davam etdirməli olur.  

Musiqişünasların ehtimallarına görə, təqaüdün kəsilməsinin əsas səbəbi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə Şövkət Məmmədova arasındakı inciklik olub. Belə ki, gözügötürməyənlər Milanda təhsil alan bu xanım barəsində müxtəlif şayiələr yayaraq onu Hacının gözündən salıblar.

Böyük səhnəyə gedən yol onun üçün çətin olur…

Tağıyevlə arası dəyən müğənni 1912-ci ildə Üzeyir Hacıbəyli ilə tanış olur. Həmin il ilk dəfə peşəkar ifaçı kimi Bakının Tağıyev teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasından bir neçə parça ifa edir.

Konsertdən əldə olunan gəlir onun təhsilini yenidən İtaliyada davam etdirməsi üçün nəzərdə tutulmuşdu. Amma qadının səhnəyə örtüksüz çıxması Bakının müsəlman icmasını xeyli qəzəbləndirir.

Qoçular Şövkət Məmmədovanı öldürmək istəsələr də, Üzeyir Hacıbəyli və dostlarının köməyilə o, Abşeron kəndlərinin birində gizlədilir. Daha sonra müğənni gizlin yolla Biləcəri stansiyasından Tiflisə yola salınır. Şövkət Məmmədova elə Tiflisdə musiqi təhsilini davam etdirir.

1915-ci ildə Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olan müğənni A.Şperlinqin vokal sinifində oxuyub. Məşhur bəstəkar Reynqold Qlier ilə birlikdə verdiyi konsertlərdə həm klassik Avropa operalarından ariyalar, həm də Azərbaycan xalq mahnıları ifa edib.

1920-ci ildə Kiyevdə tələbələrin təşkil etdikləri gürcü dərnəyində hazırlanan Valerian Qunianın “Qardaş və bacı” (Marina), David Eristavinin “Vətən” operalarında, Şalva Dadianinin “Şeni çiri me” (“Qadan alım”) komediyasında, Valerian Qunianın “Vəkili yanında” (Naznani), “Vəba vaxtı” (Eteri) məzhəkələrində çıxış edib.

Şövkət Məmmədovanın təşəbbüsü ilə Azərbaycana gələn Reynqold Qlier Bakı səfərindən bəhrələnərək “Şahsənəm” operasını yazır və əsəri Şövkət Məmmədovaya ithaf edir.

Kiyevdə oxuduğu müddətdə müğənni Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub.

1921-ci ildən Şövkət Məmmədova Rusiya, Fransa, İtaliya, İran və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı isə yenidən Milan musiqi məktəbinə daxil olur və 1912-ci ildə yarımçıq qalan təhsilini 1927 və 1930-cu illərdə tamamilə bitirir.

Şövkət Məmmədova opera və balet teatrında “Sevilya bərbəri” operasında Rozina, “Riqoletto”da Cilda, “Şah İsmayıl”da Gülzar, “Arşın mal alan”da Gülçöhrə və başqa aparıcı partiyaları ifa edib. Bu ifalar Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.

Müğənni 1923-cu ildə Azərbaycanda Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır.

Eyni zamanda, həmin il onun təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır. 1923-1925-ci illərdə texnikumun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.

Teatra da böyük marağı olan müğənni 1939-1945-ci illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında direktor işləyib. Məhz onun təşəbbüsü ilə həmin teatrda Əfrasiyab Bədəlbəylinin yazdığı və Azərbaycanın ilk baleti olan “Qız qalası”nın ilk tamaşası 1940-cı ilin aprelin 18-də nümayiş olunub.

Şövkət Məmmədova 1945-ci ildən ömrünün son günlərinədək Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə peşəkar vokal dərsləri verib. SSRİ Xalq artistləri Firəngiz Əhmədova, Müslüm Maqomayev və başqaları onun tələbələri olub.

Azərbaycan və dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri Şövkət xanımın ifasında lentə alınaraq vala yazılıb.

Şövkət Məmmədova Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə iki dəfə “Lenin ordeni”, iki dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilib. 1938-ci ildə isə SSRİ Xalq artisti fəxri adına  layiq görülüb.

1981-ci il iyunun 8-də vəfat edən sənətkar Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra Azərbaycan Dövlət Konservatoriyası yanında opera studiyasına onun adı verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23481
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12963
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9788
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5627
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5494
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Helikopter qəzası ilə bağlı yeni xəbər
4237
Rəisi öldü, Pakistanda matəm elan edildi
4054
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3674
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3625
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3408
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3329
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3020
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2730
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2606
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2503
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2403