AZ

Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı

Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında bu ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və mart ayının sonuna sututarlara 156,35 milyon kubmetr su ehtiyatı toplanıb.Adalet.az xəbər verir ki, bu barədə muxtar respublikanın “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məlumat verilib.Qeyd olunub ki, su istifadəçilərinə yanvar-mart ayları ərzində 1,52 milyon kubmetr su verilib, bunun müqabilində 1 247 hektar torpaq sahəsi suvarılıb.Bildirilir ki, hesabat dövründə 1,7 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 84,89 kilometr beton və torpaq kanallar, 63,02 kilometr ara arxlar, 14,2 kilometr kollektor lildən təmizlənib, 14,2 kilometr içməli su, 0,04 kilometr kanalizasiya, 0,15 kilometr suvarma boru, 0,1 kilometr kaptaj xətti çəkilib, 5,29 kilometr mövcud içməli su xətlərində, 0,31 kilometr kanalizasiya xətlərində, 1,55 km suvarma boru xətlərində, 2,17 v təzyiqli boru xətlərində, 1,7 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Şərur rayonunda Qorçulu kollektorunda 6 kilometr, Muğanlı kollektorunda isə 3,3 kilometr olmaqla, Şərur rayonunda 9,3 kilometr, Babək rayonunda Nehrəm kollektorunda 3 kilometr, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda 1,9 kilometr kollektor lildən təmizlənib.Görülən işlər nəticəsində Şərur rayonunun 112 hektar, Babək rayonunun və Naxçıvan şəhərinin 65 hektar olmaqla, ümumilikdə, 177 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23852
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13256
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10681
Helikopter qəzası ilə bağlı yeni xəbər
6093
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5706
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5537
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4595
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4511
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3886
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3721
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3569
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3483
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2876
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2765
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2540