AZ

Ağdamda minaatan qurğular aşkar edilib - VİDEO

Ağdam rayonunda minaatan qurğular aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən iki minaatan qurğusu, üç avtomat, 53 mərmi, bir qumbara, iki partladıcı detonator, 2 000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.
 
 

 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
44
Mənbələr
Şərh ()
Bağla