AZ

Məğlubiyyəti belə şərh etdi: Oyunçular bərbad vəziyyətdədir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın Çempionlar Liqasından kənarlaşdırılmasından sonra keçirdiyi emosiyaları bölüşüb.

Publika.az xəbər verir ki, o, futbolçularının yaxşı durumda olmadığını bildirib:

“Soyunub-geyinmə otağında hər kəs bərbad vəziyyətdədir. Biz məyus olduq. Onları təsəlli edəcək söz tapa bilmirəm, kaş ki... İndi futbolçulara dəstək olmalıyıq, çünki onların sayəsində bu yerə qədər gəlib çatmışıq”.

Qeyd edək ki, ÇL-in 1/4 finalının cavab matçında London klubu "Bayern"ə 0:1 (ümumi 2:3) hesabı ilə uduzaraq turnirlə bu mövsümlük vidalaşıb.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla