AZ

On bir yaşlı uşağın ölümündə günahlandırılan “Azərişıq” ASC-nin işçiləri ilə bağlı QƏRAR

Ali Məhkəmədə 11 yaşlı uşağın elektrik cərəyanı vuraraq öldürməsinə görə günahlandırılan “Azərişıq” ASC-nin əməkdaşları – Natiq Əsədov və Elxan Məmmədyarovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: 2022-ci iyulun 28-i saat 09 radələrində Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Aqşin Ağasiyev çayın kənarından keçən elektrik naqilindən hər iki əli ilə tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra “Azərişıq” ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları – Natiq Əsədov və Elxan Məmmədyarov cinayət məsuliyyətinə cəlb edilib.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə onların hər birinə 2000 manat miqdarında cərimə cəzası və 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Şəki Apellyasiya Məhkəməsi hər iki şəxsin şikayətini təmin etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24539
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13927
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12485
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9569
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6693
Rəisi öldü, Pakistanda matəm elan edildi
6302
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5859
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5634
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5183
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4118
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4076
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3899
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3696
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3554
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3210
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2835
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797