AZ

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

UEFA Çempionlar Liqasında yarımfinala yüksələn son iki komandanın adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, "Bavariya" doğma meydanda İngiltərə "Arsenal"ı ilə qarşılaşıb.

Matç almanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün münxenlilər mərhələni adlayan tərəf olublar.

Günün digər oyununda "Mançester Siti" və "Real Madrid" üz-üzə gəlib. İlk matçda (3:3) olduğu kimi, bu görüş də (1:1) heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qapılara qol vurulmadığı üçün penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan "Real Madrid" (4:3) yarımfinala vəsiqə qazanıb və "Bavariya"nın rəqibi olub.

Qeyd edək ki, yarımfinalın digər görüşü "Borussiya Dortmund" (Almaniya) və PSJ (Fransa) arasında baş tutacaq.

Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
3
Mənbələr
Şərh ()
Bağla