AZ

ÇL: “Real” qalib gəlib, bütün yarımfinalçılar bəlli olub

UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin iştirakçıları bəlli olub.

 

APA xəbər verir ki, 1/4 final mərhələsinin son oyunu, “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) qarşılaşması ilə Avropanın ən güclü dördlüyüynün adına aydınlıq gəlib.

 

“Etihad” stadionundakı matçın əsas vaxtı 1:1 bitib.

 

Əlavə olunmuş vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyən etmək üçün penalti seriayası oynanılıb.

 

Burda daha dəqiq olan ispanlar yarımfinala yüksəlib.

 

Yarımfinal mərhələsinə aprelin 30-da "Signal Iduna Park" arenasında “Borussiya”-PSJ oyunu ilə start veriləcək. Cavab görüşü isə mayın 7-də olacaq.

 

Digər qarşılaşmada isə “Bavariya” - “Real” oyunu olacaq.

Tarix: 18 Aprel 2024, 02:14   
Seçilən
162
2
Mənbələr
Şərh ()
Bağla