AZ

Məhkəmə qohumunun üzünə kükürd turşusu tökənlə bağlı qərar çıxardı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Laura Babayevanın barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

 
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, onun barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən göndərilib.

 

İttihama görə, hadisə 02 iyul 2016-cı il tarixdə, saat 11:30 radələrində Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü Laura Babayeva qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı şəxslə münasibətlərinin pozulmasına qohumu olan qadın, zərərçəkmiş İ.İ.-nı (şərti) günahlandırıb. O, guya onun başqa kişilərlə münasibət saxlayaraq ərinə xəyanət etməsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymasının səbəb olduğu qənaətinə gəlib. Laura İ.İ.-dan qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlib. O, zərərçəkmiş şəxsin yaşadığı ünvana gələrək mənzilin giriş qapısını özündə olan açarla açıb içəri daxil olub. Həmin vaxtı hamam otağından dəhlizə çıxan qohumuna yaxınlaşaraq “Sən hələ sağsan? Sən elə bilirsən ki, hələ yaşayacaqsan?” ifadələrini işlədib, özü ilə gətirdiyi “Vertimek” etiketli bir litrlik polimer balonda olan kükürd turşusunu İ.İ.-nın üzərinə töküb.

 

İstintaqın gəldiyi nəticəyə görə Laura zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd edib. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laura Babayeva Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib, hökmü dəyişib. Belə ki, məhkumun əməli CM-in 29, 120.2.4-cü maddəsindən CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və qadının cəzası 3 ilə endirilib. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə təmin etməyib. Daha sonra qərarından zərərçəkmiş şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

 

Tarix: 18 Aprel 2024, 08:19   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24254
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13615
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11644
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8090
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5877
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5780
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5515
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4008
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3821
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3737
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3575
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3356
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3124
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2787
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2558