AZ

Tramp Polşa Prezidenti ilə görüşüb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ-ın keçmiş lideri Donald Tramp Nyu-Yorkda Polşa Prezidenti Anjey Duda ilə görüşüb.

Tramp bununla bağlı müvafiq videonu “Truth” sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.

“Polşa Prezidenti Anjey Dudanı Nyu-Yorkda salamlamaqdan çox məmnunam”, – deyə Tramp yayımlanan videoya şərh verib.

Məlumata görə, iki siyasətçi arasında görüşü ABŞ-ın Varşavadakı keçmiş səfiri Georgette Mosbaherin təşkil edib.

Qeyd edək ki, Duda aprelin 17-18-də ABŞ-da işgüzar səfərdədir.

Seçilən
157
3
Mənbələr
Şərh ()
Bağla