AZ

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 4,7 milyard ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azdır.
Trend xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Statistika Xidmətinin hesabatında yer alıb.
Bildirilir ki, hesabat dövründə ölkəyə ötən ilin yanvar-mart aylarına nisbətən 5,3 faiz az - 3,4 milyard dollar dəyərində məhsul idxal olunub.
İxracın həcmi isə 9,3 faiz azalaraq 1,3 milyard dollar təşkil edib.
Beləliklə, Gürcüstanın xarici ticarət dövriyyəsində təxminən 2 milyard dollar həcmində mənfi saldo yaranıb.

Seçilən
72
2
Mənbələr
Şərh ()
Bağla