AZ

Olimpiadada medal qazanan idmançılara bu qədər mükafat veriləcək

2024-cü il Olimpiya Oyunlarında ukraynalı idmançıların qazandıqları medallara görə ala biləcəkləri pul mükafatının məbləği açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Ukryna Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Vadim Qutsayt məlumat verib.

“Premium vəsaitlər büdcəyə daxil edilib. Birinci yerə 125 min, “gümüş” və “bürünc” üçün isə 100 min və 80 min dollar mükafat veriləcək. Bundan əlavə, idmançılar təqaüd alırlar. Yəni motivasiya çox güclüdür. Amma əminəm ki, indi az adam pul haqqında düşünür. İndi hər kəs dövlətimizi şöhrətləndirmək haqqında düşünür”, – Qutsayt “Radio Culture”a müsahibəsində deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
11
Mənbələr
Şərh ()
Bağla