AZ

Çempion olsalar, bu qədər mükafat alacaqlar

“L’Équipe” qəzeti Fransa yığmasının Avro 2024-ü qazanacağı təqdirdə alacağı pul mükafatının məbləğini açıqlayıb.

Publika.az-ın xəbərinə görə, hər oyunçunun 470 min avro alacağına zəmanət verilir. Bu məbləğ fransızların Qətərdə keçirilən dünya çempionatının finalına çıxmaq üçün aldıqları məbləğdən (490 min avro) bir qədər azdır.

Qeyd edək ki, yekun məbləğ dəyişə də bilər. Belə ki, UEFA 24 ölkə arasında 331 milyon avro bölüşdürəcək. Onların hər biri iştiraka görə 9,25 milyon, qrup mərhələsində qələbəyə görə 1 milyon, heç-heçəyə görə isə 500 min alacaq. Pley-offda məbləğ artacaq: 8-ci yer üçün 1,5 milyon, 1/4 üçün 2,5 milyon, yarımfinal üçün 4 milyon, final üçün 5 milyon və qalibiyyət üçün 8 milyon avro. Beləliklə, komanda bütün görüşlərdə qalib gəlsə, 28,25 milyon avro məbləğində bonuslar ala bilər.

Fransa Futbol Federasiyası öz futbolçularına aldığı pulun 30%-ni – 8,47 milyon avronu ödəyəcək.

Seçilən
165
11
Mənbələr
Şərh ()
Bağla