AZ

Azərbaycan qlobal ekoloji böhranla mübarizəyə başlayıb. - Deputat

“Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişafa və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fərqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi də Azərbaycanın tarixi uğurudur”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, bu gün ölkəmiz COP29-un keçirilməsinə ciddi şəkildə hazırlaşır. Bir neçə gün öncə COP29-un baş qərargahında keçirilən mətbuat konfransında görülən işlərlə bağlı ətraflı məlumat verildi. Millət vəkili bu tədbirin yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacağını qeyd edərək, Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əmin olduğunu bildirib. Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın rolu sadəcə ev sahibliyi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında Bakı bütün dünyanın diqqət mərkəzində olacaq.

 

Millət vəkili işğaldan azad olunmuş ərazilərdə görülən işlərin də “yaşıl enerji” prinsiplərinə uyğun aparıldığına diqqət çəkib. Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərinin Laçın rayonuna səfər etdiyini xatırladan deputat “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüş keçirildiyini söyləyib. Eyni zamanda, Laçında həyata keçirilən bərpa-quruculuq işləri ilə tanışlıq olub. Burada yaradılan təsərrüfat və müəssisələr də “yaşıl iqtisadiyyat” tezislərinə uyğundur. “Məlumdur ki, işğal dövründə Ermənistan ərazilərimizdə vandalizm törədib. Ermənilər, ekologiyamıza, təbiətimizə də böyük ziyan vurublar. Hazırda dövlətimiz tərəfindən bu ərazilərdə möhtəşəm quruculuq işləri həyata keçirilir. Laçında və digər işğaldan azad olunmuş ərazilərimizdə Su Elektrik Stansiyalarının, Günəş və Külək Elektrik Stansiyalarının, su anbarlarının qurulub istifadəyə verilməsi, meşə zolaqlarının salınması da öz növbəsində işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsinə töhfəsini verir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizi “yaşıl enerji” zonası elan edib. Burada ekoloji tarazlığın təmin olunması ilə əlaqədar bərpa işlərinin görülməsi də əsas vəzifələrdən biri kimi müəyyən edilib. Bioloji müxtəlifliyin qorunması, zəngin su ehtiyatlarından istifadə, məqsədli şəkildə məhv edilmiş meşə ehtiyatlarının bərpası xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Bütövlükdə, xüsusi mühafizə olunan ərazilərin infrastrukturunun yaxşılaşdırılması və meşəbərpa işləri ilə bağlı yerli və xarici təşkilatlarla birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

 

Əslində bütün bunlar onu göstərir ki, artıq Azərbaycan "yaşıl enerji”dən istifadəni qarşısına məqsəd qoyaraq dünyada baş verən qlobal ekoloji böhranla mübarizəyə başlayıb. Bütövlükdə, Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də tarixi bir qərardır. Bu, ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Azad olunmuş ərazilərimizdə bu istiqamətdə görülən işlər də COP29 üçün böyük töhfədir”,-deyə millət vəkili vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23969
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13342
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10885
Helikopter qəzası ilə bağlı yeni xəbər
6539
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5715
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4794
Rəisi öldü, Pakistanda matəm elan edildi
4763
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3904
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3738
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3598
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3493
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2768
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2542