AZ

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) verdiyi xəbərə görə, Yerdən təxminən 3000 işıq ilə məsafədə, Şimal Tacı bürcündə yerləşən T CrB ulduzu yaxın aylarda təkrar yeni ulduz kimi alışacaq.

Publika.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Alimlərin hesablamasına əsasən T CrB yeni ulduz kimi alışdığı zaman onun parıltısı Yerdən adi gözlə görünəcək. Bu hadisənin 2024-cü ilin sentyabr ayınadək baş verəcəyi gözlənilir. Yeni ulduz alışmasını adi gözlə görə bilmək çox nadir hadisədir və hər nəslin bu şansı olmur.

Yeni ulduzlar yeni doğulmuş ulduzlar deyil, əksinə, artıq həyatlarının son mərhələsinə çatmış ulduzun son alışmalarıdır. Yeni ulduzların sayının kifayət qədər olmasına baxmayaraq onların əksəriyyəti cəmi bir dəfə alışırlar. Əgər ulduz ikinci dəfə yeni ulduz kimi alışırsa, o təkrar yeni ulduz adlanır. Onların müşahidəsi isə həddindən çox nadir haldır. Astronomlara cəmi bir neçə təkrar yeni ulduz məlumdur. Bu ulduzlar müəyyən periodla yeni ulduz kimi alışır və bu müddət bir ildən milyon ilə kimi dəyişə bilər.

Şimal Tacı bürcünün T CrB ulduzu ömürlərinin son mərhələsinə çatmış ağ cırtdan və qırmızı nəhəngdən ibarət qoşa sistemdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
8
Mənbələr
Şərh ()
Bağla