AZ

Hər kəs səmada ulduz partlayışını müşahidə edə biləcək

3 000 işıq ili uzaqlıqda yerləşən ulduzun partlamasını Yerdən adi gözlə görmək mümkün olacaq.Lenta.ru-nun yaydığı məlumata görə, möhtəşəm kosmik hadisənin 2024-cü ilin mart-sentyabr ayları arasında baş verməsi gözlənilir.

Bildirilir ki, bizə bu fürsəti verən ulduz sistemi “T Coronae Borealis” kimi tanınır. Yerdən təxminən 3 000 işıq ili uzaqda yerləşən bu sistem bir-birinin ətrafında fırlanan qırmızı nəhəng ulduz və ağ cırtdandan ibarətdir. Ağ cırtdan qırmızı nəhəngdən kifayət qədər ulduz materialı udduqdan sonra qısa termonüvə partlaması yaşayacaq.

“Yeni ulduzu müşahidə etmək unikal bir fürsətdir, çünki o, təxminən hər 80 ildən bir partlayır”, - deyə NASA-dan bildirilib.

Alimlər “T Coronae Borealis”in parlaqlığının Qütb ulduzunun parlaqlığı ilə müqayisə oluna biləcəyini təxmin edirlər. O, bir həftə görünəcək, sonra sönəcək.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
6
Mənbələr
Şərh ()
Bağla