AZ

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirildi

Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hakimlər şahidlərin bitdiyi üçün məhkəmə istintaqının baş çatdırılmasını istəyib.

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin olunub.

Seçilən
62
17
Mənbələr
Şərh ()
Bağla