AZ

9 milyon manatlıq mənimsəmə… - Məhkəmə prosesi yekunlaşır

9

Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən proses hakimlər bundan sonra şahidlər olmadığı üçün məhkəmə istintaqının baş çatdırılmasını istəyiblər.

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin olunub.

Qeyd edək ki, R. Məlikzadəni 26 sentyabr 2022-ci ildə DTX saxlayıb və Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 9 369 411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq rəis Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
17
Mənbələr
Şərh ()
Bağla