AZ

Bakıda yol polisindən qaçmağa çalışan sürücüdən təhlükəli manevrlər - VİDEO

Bakıda sürücü yol polisinə tabe olmayıb.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, yol polisi tərəfindən 77-AN-705 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobilə “saxla” əmri verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarına tabe olmayıb. 
O, avtomobili səki üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçmağa çalışıb.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
9
Mənbələr
Şərh ()
Bağla