AZ

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Türkiyənin

İstanbul, 17 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyə Respublikasının 100-cü ildönümü münasibətilə hazırlanan və Qurtuluş müharibəsi dövrünün 1919-1920-ci illərinə aid bir çox sənədin ilk dəfə üzə çıxdığı “Türk diplomatik arxiv sənədlərində milli mübarizə diplomatiyamız” kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin Diplomatik Arxiv Baş İdarəsi tərəfindən hazırlanan nəşr mart ayında işıq üzü görüb.

Rəsmi Ankaranın Azərbaycan, sovet Rusiyası, Gürcüstan, Ermənistan, Əfqanıstan, Fransa, İngiltərə, İtaliya və ABŞ ilə diplomatik əlaqələrinə dair ümumilikdə 445 sənəd, eləcə də ilk təməlləri atılan Türkiyə Cümhuriyyəti ilə adıçəkilən ölkələrin 1919-1920-ci illərdəki qarşılıqlı diplomatik münasibətlərindən və təşəbbüslərindən bəhs olunan kitabda Türkiyənin işğalçılara qarşı başlatdığı haqlı mübarizəsi sübutlarla təqdim edilib.

Nəşrdə, həmçinin dövrün çox çətin şərtlərinə baxmayaraq, öz vəzifələrini uğurla yerinə yetirən, milli MÜBARİZƏNİN Zəfərlə nəticələnməsinə mühüm töhfələr verən mərhum diplomatların fəaliyyətlərinə dair faktlar əks olunub.

Kitabın ön sözündə Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu fikirləri yer alıb: “Qurtuluş müharibəsi dövründə əldə edilmiş hərbi və diplomatik nailiyyətlərin gələcək nəsillərimizə diqqətlə və qürurla çatdırılmasına önəm veririk. Bu məqsədlə əvvəl də nəşr etdirdiyimiz “Türkiyə və Fransa Diplomatik Arxiv Sənədləri ilə 100-cü ildönümündə 1921-ci il Ankara Müqaviləsi” və “Türkiyə və Fransa Diplomatik Arxiv Sənədləri ilə 100-cü ilimdə Mudanya Hərbi Konvensiyası: Protokollar-Sənədlər” mövzularında tematik sənəd seçimləri, bu dövrdəki xarici siyasətimizin müxtəlif istiqamətlərinə işıq salır”.

Kitabın hazırlanması üçün 1919-1920-ci illərə aid 7300-dən çox məxfi və açıq sənəd nəzərdən keçirilib.

Sözügedən əsərlə “diad.gov.tr” ünvanından tanış olmaq mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24358
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13711
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11905
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8548
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6183
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5806
Rəisi öldü, Pakistanda matəm elan edildi
5784
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5608
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4040
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3897
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3825
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3623
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3446
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3161
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2819
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2593