AZ

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) Polşanın Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak etdiyi görüşdə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Rektor Yaqub Piriyev qonaqlara universitetin fakültələri, fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi-tədqiqat imkanları, nəzəriyyənin təcrübədə tətbiqinə imkan verən geniş spektrli laboratoriyaları haqqında məlumat verib. Universitetdə ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrları hazırlığının aparıldığını deyən rektor BMU və VTU-nun Avropa İttifaqının Erasmus+ layihəsi çərçivəsində tərəfdaş olduqlarını xatırladıb. BMU-nun Memarlıq və inşaat fakültəsinin mövcud imkanlarından bəhs edən Yaqub Piriyev ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etidirilməsinə göstərilən marağı yüksək dəyərləndirib. Eyni zamanda, ilkin mərhələdə inşaat və memarlıq sahəsində başlayan əməkdaşlığın digər sahələrdə də davam etdirilməsi üçün yüksək potensialın olduğunu və bu əlaqələrin hər iki tərəfin gələcək fəaliyyətinə töhfə verə biləcəyini vurğulayıb.

VTU ilə bağlı təqdimatla çıxış edən professor Artur Zbiciak ali təhsil müəssisəsinin tarixindən, elmi nəşrləri, tədqiqat imkanları və beynəlxalq əlaqələrindən danışıb, fakültə, ixtisas və tələbə sayı üzrə statistikanı diqqətə çatdırıb. Universitetin təklif etdiyi proqramların akademik keyfiyyəti, ingilis dilində bakalavr və magistr təhsili barədə də danışan professor digər təqdimatında elmi işlər üzrə dekan müavini kimi çalışdığı İnşaat mühəndisliyi fakültəsinin fəaliyyəti və fakültə üzrə əməkdaşlıq sahələri haqda zəruri informasiyaları nəzərə çatdırıb. VTU-nun adıçəkilən fakültəsinin İnşaat və texniki layihələndirmə kafedrasının rəhbəri professor Nəbi İbadov isə universitetlər arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikirlərini paylaşıb.

Sonra nümayəndə heyəti BMU-nun kampusu, Memarlıq və inşaat fakültəsi, Texnoparkı, laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlara həyata keçirilən təcrübələr, tələbəyönümlü tədqiqat işləri, sənaye ilə əməkdaşlıq və s. məsələlər haqqında ətraflı məlumatlar verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24635
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
14037
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12732
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9804
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6860
Rəisi öldü, Pakistanda matəm elan edildi
6441
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5935
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5890
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5651
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4153
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4128
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3963
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3742
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3589
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3240
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2852
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797