AZ

Rusiyanın oğurladığı 161 ukraynalı uşaq Almaniyada tapıldı

Ukrayna hüquq-mühafizə orqanları alman həmkarları ilə əməkdaşlıq edərək Rusiya tərəfindən qaçırılan 161 ukraynalı uşağı Almaniyada tapıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri İvan Vıqovski Berlində Almaniya Federal Kriminal Polis İdarəsinin prezidenti Holqer Myünhlə görüşü zamanı məlumat verib.

O, Ukrayna tərəfinin alman tərəfdaşlarımızla həm ikitərəfli əsasda, həm də Avropolun himayəsi altında birgə fəaliyyətdə maraqlı olduğunu vurğulayıb. Tərəflər rusiyalı hərbi cinayətkarlar haqqında məlumatların Şengen İnformasiya Sisteminə (SIS) daxil edilməsi məsələsində avropalı tərəfdaşların dəstəyini müzakirə ediblər.

Seçilən
118
28
Mənbələr
Şərh ()
Bağla