AZ

Almaniya ukraynalı qaçqınları Ukraynada döyüşmək üçün cəlb etməyə başlayıb

Almaniyada ukraynalı qaçqınlar Almaniya vətəndaşlığı müqabilində Ukrayna Silahlı Qüvvələrində (AFU) xidmətə cəlb olunurlar.

Bu barədə məlumat Mash Telegram kanalında yer alıb.

Mənbənin məlumatına görə, ukraynalılara “Ukraynanın Beynəlxalq Müdafiə Legionu”na daxil olan “Alman Könüllülər Korpusu”nun sıralarına qoşulmaq təklif olunur. Əgər 10 ay müddətinə müqavilə bağlanarsa, razılaşanlar şəhərdə xidmətə görə ayda 500 avro və ya cəbhə xəttində xidmətə görə 3000 avro alırlar. Amerikalı, Polşalı və yerli təlimatçılarla təlim keçdikdən sonra müqaviləli əsgərlər cəbhəyə göndərilir. Ukrayna Silahlı Qüvvələrində xidmət etdikləri üçün onlara sadələşdirilmiş sxem üzrə Almaniya vətəndaşlığı alacaqları vəd edilir.

“Lakin onlar bunu yalnız münaqişə başa çatdıqdan sonra təmin etməyə hazırdırlar”, – materialda qeyd edilir.

Mənbə: A Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
28
Mənbələr
Şərh ()
Bağla