AZ

BDU-nun dosenti vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib.


"Medicina" xəbər verir ki, İsgəndər Quliyev 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.


O, II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
“91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, YAP-ın “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalılar “91-lər” adlandırılır.


Allah rəhmət eləsin!
Seçilən
79
43
Mənbələr
Şərh ()
Bağla