AZ

Sabiq deputat vəfat etdi

Milli Məclisinin sabiq deputatı, BDU-nun dosenti İsgəndər Quliyev dünyasını dəyişib.AzVision.az xəbər verir ki, İsgəndər Quliyev 1938-ci il iyulun 1-də Astara rayonunda anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə alıb. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub.

1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1965-1968-ci illərdə Astara rayonu Səncərli kənd tam orta məktəbində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində işləyib. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

“91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
26
Mənbələr
Şərh ()
Bağla