AZ

Hüseynbala Mirələmov Hadi Rəcəbli ilə bağlı xatirələrindən DANIŞDI 

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib.

Məhrumun keçmiş həmkarı, dostu Hüseynbala Mirələmov Hadi Rəcəbli ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb. Sabiq deputat Hüseynbala Mirələmov 70 illik dostu olduğunu vurğulayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Hadı Rəcəbli vəfat etdi


“Biz birinci sinifdən 11-ci sinifə qədər bir yerdə oturmuşuq. Sonra taleh elə gətirdi ki, parlamentdə 15 il birlikdə fəaliyyət göstərdik. Dostum, sirdaşım idi. Çox gözəl insan, dost idi. Onda həyat eşqi o qədər güclü idi ki, xəbəri eşidəndə inanmadım. Elə bildim zarafatdır, kaş zarafat olardı. Dünən danışmışdıq onunla, xəstəliyi heç vaxt dilinə gətirməmişdi.

Yadımdadır, o sovetlər dönəmində Şəkidə birinci katib işləyib. Bu gün də şəkililər onu hörmətlə yad edirlər.

Ümumiyyətlə, o, çox qeyri-adi insan idi. Mənim üçün unudulmaz dost, qardaş idi. Xatirəsi həmişə qəlbimdə yaşayacaq. Onun uğurlu fəaliyyəti mənim üçün gözəl təsəllidir”.

Məhərrəm Əliyev, Rəşad Əliyev, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla